İnternet üzərindən iş axtaranlar üçün bir neçə məsləhət

    İş elanları, bu elanların paylaşıldığı sayt və ən əsası bu elanları paylaşanlar çoxdur, amma güvənlisi çox azdır. 


Birdə iş axtaranların özünü 10 azn kimi görən "İşə Düzəltmə" ilə məşğul olanlar var. Bəzən bu cür fırıldaqçı yerlərin adını "Xarici şirkət" adlandırıldığına da şahid ola bilərsiniz.


Əyər internetdə paylaşılan elanlardan iş axtarırsınızsa sizə iş elanı deyəndə ağılıma gələn ilk saytı tövsiyyə edə bilərəm - Jobsearch.Az 

Niyə bu sayt? Xeyr bu reklam, tanıtım deyil. Saytın aşağı hissində yerləşdirilmiş statistikaya baxsanız bu saytın hansısa sayyda reklam olunmasına ehtiyyac olmadığını özünüz də görəcəksiniz. Bu saytla mən özüm də son zamanlar rastlaşmışam və faydalanmışam. Sayta daxil olduqda elanlara və onları paylaşan şirkətlərə diqqət yetirsəniz gələcək üçün  daha yaxşı karyera qurmağa dəyər bir neçə şirkətlərin də iş elanlarını görə bilərsiniz. Hətda bu şirkətlərdən bəzilərinin elanları ilə yalnız bu saytda tapa bilərsiniz. 


Uyğun iş elanını tapdınız. Bu kifayət deyil. CV yazmazdan  və ya müsahibədən öncə Google üzərindən axtarış edərək və ya sosial şəbəkələrdə HR mütəxəssis/təlimçilərin paylaşdıqları məsləhətlərdən faydalanmaq lazımdır. (CV yazma və müsahibə haqqında paylaşımlarını oxuyub faydalandığım bir mütəxəssisi instagram profilini mən deyim @ShafigaKhaligova - daxil olub xüsusən də daha əvvəl paylaşılan məlumatları diqqətlə oxumağınız məsləhətdir). İstəklə çalışsaz Allahın istəyi ilə uğur qazanacaqsınız.

Yorumlar