Vakansiya: Tibb bacısı - Zəfəran Hospital

Zəfəran hospital vakansiya elan edir

Vəzifə: Tibb bacısı

Vəzifə öhdəlikləri:

- Həkiməqədər təcili tibbi yardım göstərmək

- Pasientlərin qəbulu üçün otağın tam hazır tibbi vəziyyətdə saxlanılması, pasientlərin həkim müayinəsi üçün hazırlanmasına yardım, həkimin bütün göstərişlərinə operativ əməl edərək, müayinə və müalicə prosedurları zamanı onu müşayiət etmək;

- Əzələdaxili inyeksiyaların vurulması;

- Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət;

- Verilən bütün təyinatların və göstərişlərin düzgün və vaxtında yerinə yetirilməsi

Tələblər:

- Yaş həddi: 22-45 yaş;

- Orta tibbi təhsil mütləqdir;

- Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;

- Tibb bacılığı işinin təşkili üçün zəruri prinsiplər haqda biliklərin olması;

- Qeyd edilən sahədə 3 il iş təcrübəsi (Kardio reanimasiya və qanalma şöbələrində təcrübəsi olanlara üstünlük veriləcək)

- Gülərüz, səliqəli, punktual, işində məsuliyyətli;

İş şəraiti:

- Əmək haqqı – 400-500 AZN;

- İş qrafiki : Tam iş günü ( növbəli iş qrafiki, gecə və gündüz)

Maraqlanan namizədlərdən mövzu hissəsində “ Tibb bacısı ” qeyd etməklə CV formasını

cv@zeferan.az email ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.


Elan linki: https://www.jobsearch.az/vacancies61899_en.html

Yorumlar