Mirvari necə əldə olunur?

 



Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə yad cismlər və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsi sayılır. Molyuskanın içərisinə girən yad cisimlər mirvarinin əmələ gəlməsi üçün özək funksiyasındadır. İllər keçdikcə bu özək maddənin üstü nazik kalsium karbonat təbəqələri ilə örtülür. 

- Daha ətraflı oxumaq üçün https://az.m.wikipedia.org/wiki/Mirvari


Video - https://t.me/imuellim/633

Yorumlar