Vakansiya: Back end üzrə proqramçı - ABB

 Görəcəyiniz işlər:


Tətbiqi məntiqi anlamaqla yanaşı, proqram təminatlarını hazırlamaq və alqoritmlər yaratmaq;

Proqram təminatının tətbiqi üçün hazırlanmış texniki sənədlərin tətbiq edilməsi;

Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Conventions) və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;

Yeni servis, proses və məhsulların sıfırdan yaradılması;

Mövcud servis, proses, məhsullarla işləyərək onların funksionallıqlarında və kodlarında düzəlişlər, dəyişikliklər və ya optimallaşdırmaların həyata keçirilməsi;

Proqram təminatında çıxan xətaları kod səviyyəsində analiz edərək xətaların aradan qaldırılması.

Bu iş üçün uyğun namizəd:

Ali təhsilli;

2 ildən artıq iş təcrübəsinə sahib;

Java, PL/SQL üzrə biliklərə sahib, IBM IBUS (arzuolunandır);

Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır: OOP prinsipləri, SOAP, JSON, REST, Web servislərinin yaradılması və inteqrasiyaların həyata keçirilməsi;

Yüksək səviyyəli analitik bacarıqlara malik;

Komandada işləmək bacarığına sahib;

Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla təcrübəyə sahib (arzuolunandır).

Bu tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back end üzrə proqramçı göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün link: https://ibar.az/az/haqqimizda/insan-resurslari/back-end-uzre-proqramci

Yorumlar