Ləziz Çin yeməyi resepti

Ləziz Çin yeməyi resepti

Alfart.info - Yemək reseptləri

Ərzaqlar


1 ədəd lavaş,


1 ədəd soğan,


2 ədəd bişmiş kök,


İki böyük yarpaq ağ kələm,


Bişmiş toyuq əti,


4 yemək qaşığı soya sousu,


1 yemək qaşığı zeytun yağı, 1 yumurtanın ağı,


Duz, istiot.


Qızartmaq üçün:


1 yumurta,


1 stəkan suxari,


Hazırlanması


Alfart.info - Yemək reseptləri


Soğan, kök və kələmi kiçik-kiçik doğrayıb, zeytun yağında qovurun. Toyuq əti, soya sousu və istiot əlavə edib, qarışdırın. Bir az da bişirin. Qazanı qazın üzərindən götürüb, içindəkilərin soyumasını gözləyin.


Alfart.info - Yemək reseptləri



Lavaşdan iri üçbucaqlar kəsin. Hazırladığınız içliyi lavaşın içərisinə qoyaraq bükün. Ucuna yumurta ağı vurub yapışmasına kömək edin. Hazırladığınız lavaşları əvvəlcə yumurtaya, sonra suxarıya batırıb, yağda qızardın. Nuş olsun!


Alfart.info - Yemək reseptləri


Yorumlar