Şəhid atasından

 ❗️ Şəhid Ülvi Məmmədovun atası Vüqar Məmmədov son bir ildə yaşadıqları haqda geniş status yazıb:


"Bir neçə telekanaldan gəlib şəhid ailəsi kimi bizi çəkiblər. Mən danışmağa razı olmadım. Çünki, onlar istəyəni mən deməyəcəkdim, mən deyəni onlar istəməyəcəkdi.  Məsələn, onlar istəcəkdi ki, mən “vətən sağ olsun” deyim.


Gəlin əvvəlcə baxaq görək vətən nə deməkdi? Vətən sənin birgə olduğun toplum, sənə doğma insanların birliyi, öz ərazilərindi. Yaxşı, əgər Azərbaycan bizim vətənimizdirsə, onda bu vətənin hər nemətindən hamıya pay düşməlidi, qoruyanda da hamı birgə qorumalıdır.  Yoxsa yeyəndə sən yeməlisən, ölmək lazım olanda mənim uşağım ölməlidi? Xeyr, belə olmamalıdır. Vətən hamımızındırsa yeyəndə də, öləndə də birlikdə olmalıyıq. Əgər belə deyilsə... onda vətən adı ilə kimlərsə manipulyasiya edir, kimlərsə kimisə tovlayır. Soruşuram, sən, bu dövlətin milyonlarına, milyardlarına sahib olan, bu vətən hər ikinmizindirsə, niyə sənin oğlun müharibə vaxtı xaricə qaçır, yaxud şəhərin mərkəzində yüz minlərlə ölçülən maşına bayraq taxıb siqnal verərək gəzir, bu dövlətdən demək olar ki, heç nə çatmayan mənim övladım isə günlərlə ac susuz, günün istisində, yağışın palçığında düşmənlə üz-üzə, odun alovun içində qalır və sonda həlak olur? Əgər bu vətən hər ikimizindirsə sənin də, mənim də oğlum çiyin-çiyinə cəbhədə olmalıydı. Yoxsa belə çıxır ki, vətən talamaq üçün sənin və övladlarının, ölmək üçün mənim övladımındır? Xeyr, belə olmur. Belə olarsa bu cür anlayışa vətən demək olmaz.


Bütün yuxarıda yazdıqlarımı dərk edəndən sonra mənə “vətən sağ olsun” demək yaraşarmı? Mənim vətənim sağ deyil. Necə deyə bilərəm? Mənə bu sözləri dedirtmək istəyən telekanallar bunun fərqində deyillər. Mənsə danışmaqla təbliğat maşının bir hissəsi (zapçastı) olmaq istəmədim. Amma danışmaq istəmədiyimi görən yaxın, uzaq adamlar bu fürsəti dəyərləndirmədiyimə görə mənə qəribə bir tənə ilə baxırdılar. Bəlkə də biz bir-birimiz haqqında eyni şeyi düşünürdük.


Şəhidləri çəkərkən “vətən sağ olsun” dedirtmək ölümü stimullaşdırmaq, gənc yaşında insanların ölməsini təbliğ etməkdir.- https://t.me/P_apirua

Yorumlar

Bu blogdaki popüler yayınlar

Talidomid faciəsi - Thalidomide

Enerji kokteyli resepti - fizulihuseynov.com